Formula 1

Şumaxer “Red Bull”dakı gərginlikdən danışdı: Üç il lazımdır ki…

Keçmiş Formula 1 sürücüsü, hazırda isə ekspert Ralf Şumaxer Maks Ferstappenin “Red Bull”dan mümkün gedişi ilə bağlı vəziyyət barədə danışıb.

Aut.az xəbər verir ki, Şumaxerin sözlərini Formule1 sitat gətirib.

“Maks komandanı ona görə sevir ki, əldə etdiyi hər şeyə burada nail olub. Və bu fürsəti ona “Red Bull”un keçmiş sahibi Ditrix Mateşits verib. Maks qalmaq istərdi. Amma indi komandaya baxsanız, görərsiniz ki, son vaxtlar çoxlu yaxşı insanlar gedib, idman nəticələri isə çox pisdir.

Beləliklə, bunu dəyişmək üçün ən azı üç il lazım olacağını düşünürəm. Və Maksın belə səbirli olacağına əmin deyiləm. Ona görə də, fikrimi bilmək istəyirsinizsə, düşünürəm ki, Maksın özü də qalmaq istərdi, lakin onun gedişi qismən idarəetmə qərarları ilə bağlıdır”, – Şumaxer deyib.

Aut.az