DÇ-2034 yanvarda keçiriləcək: İnfantino eyham vurdu
İnfantino futbol təqvimində dəyişikliklərə və 2034-cü il dünya çempionatının yanvarda keçirilə biləcəyinə eyham vurub.
Aut.az xəbər verir ki, daha əvvəl mediada 2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatının qışda baş tutacağı və ola bilsin ki, 2035-ci ilin yanvarında başlayacağı ilə bağlı şayiələr yayılmışdı. Bu, müsəlmanların müqəddəs Ramazan ayı ilə toqquşmanın qarşısını alacaq.
FİFA prezidenti Avropa Klublar Assosiasiyasının Baş Assambleyasında çıxışı zamanı deyib: “Əgər siz hər yerdə eyni vaxtda oynamaq istəyirsinizsə, o zaman bunu mart və ya oktyabrda keçirə bilərsiniz, çünki dekabrda dünyanın bir yerində, iyulda isə digərində oynamırsınız”.
FİFA-nın 2034-cü il dünya çempionatının tarixləri ilə bağlı ciddi düşünməyə nə vaxt başlayacağı ilə bağlı suala Canni İnfantino belə cavab verib:
“Artıq başlamışıq. Biz hamı ilə daimi müzakirələr aparırıq və söhbət təkcə Dünya Çempionatı haqqında deyil, bütün təqvim haqqındadır.
Hətta bəzi Avropa ölkələrində iyulda oynamaq üçün çox isti olur. Odur ki, futbol oynamaq üçün hansı ayların daha yaxşı olduğunu düşünməliyik. Avropada iyundur. Çox tez-tez istifadə edilmir, elə deyilmi?
Təqvimi optimallaşdırmağın yolları ola bilər, biz bunu müzakirə edirik. Sadəcə, açıq fikirli olmalıyıq”.
Aut.az
