Dünya cempionatı

DÇ-2026 öncəsi şok: Bu millinin iki lideri sıradan çıxdı

Mərakeş millisi Dünya Kuboku öncəsi iki əsas oyunçusunu zədə səbəbindən itirib.

Aut.az xəbər verir ki, ABŞ-da Norveçlə yoldaşlıq oyunu zamanı (1:1) “Mançester Yunayted”in müdafiəçisi Nusair Mazraui, eyni zamanda bu matçda məhsuldar ötürmə edən “Betis”in hücumçusu Abde Ezzalzuli zədələnib.

Mərakeşlilərin sözlərinə görə, Mazrauiyə yüngül çiyin çıxığı diaqnozu qoyulub, Abda isə dizindən əlavə tibbi müayinədən keçəcək.

2026-cı il Dünya Kubokunun qrup mərhələsində Mərakeş Braziliya, Şotlandiya və Haiti ilə oynayacaq.

Aut.az