Əfsanə millini tənqid atəşinə tutdu: Bu cür oynamağa davam etsək…
Almaniya millisinin keçmiş üzvü Bastyian Şvaynştayger DÇ-2026 seçmə oyununda Slovakiya üzərində alınan 0:2 məğlubiyyətə münasibət bildirib.
Aut.az xəbər verir ki, o, bundestimi tənqid edib:
“Bizim qalib gələcəyimizə bir dəqiqə də olsun inanmadım. Bu, ağır məğlubiyyətdir, çox pis oynadıq. Ötürmələrdə səhvlər edirdik, heç bir təhdid yarada bilmirdik. 0:1 hesabıyla geri düşdükdən sonra bədən dilimiz dərhal itdi.
Qalib olmaq istəyirsinizsə, xarakter göstərməlisiniz. Oyunçular başa düşməlidir ki, bu, çox pis oyun idi. Mən heç bir təhlükə hiss etmirdim. Baş məşqçi bütün gecəni danışa bilər, amma oyunçular bunu özləri anlamalıdır. Əgər bu cür oynamağa davam etsək, dünya çempionatına vəsiqə qazanmaq da şansdan asılı olacaq”.
Aut.az
