Dünya futbolu

352 milyon: PSJ yenidən dominant gücə çevrilib

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) məlumatına görə, PSJ yenidən transfer bazarında dominant gücə çevrilib.

Aut.az xəbər verir ki, Paris klubunun oyunçu dəyəri son bir ildə 352 milyon avroya yüksəlib. Bu, göstəricidə PSJ “Çelsi”dən (+364 milyon avro) sonra ikinci pillədə qərarlaşıb.

Kluba məxsus oyunçuların ümumi dəyərinə görə PSJ dünyada beşinci yerdədir (1,44 milyard avro), “Arsenal” (1,47 milyard avro), “Mançester Siti” (1,49 milyard avro), həmçinin “Real Madrid” (1,68 milyard avro) və “Çelsi”dən (1,81 milyard avro) bir qədər geridədir.

Fransa Liqa 1-də 7 oyundan sonra PSJ 16 xala malikdir və turnir cədvəlində birincidir. Klub Çempionlar Liqasının ilk iki oyununda da qalib gəlib.

Aut.az