Almaniya

Keyndən növbəti rekord

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqada məhsuldarlıq rekordu qırıb.

Aut.az xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb.

32 yaşlı ingilis forvardı 6-cı turda “Ayntraxt”a qarşı keçirilən və 3:0 hesabı ilə bitən oyunda fərqlənib. Bununla da onun hesabında ilk altı turda 11 qol olub ki, bu da Bundesliqanın yeni rekordudur.

Xatırladaq ki, Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya transfer olunmuşdu.

Aut.az