Basketbol

Hər il yayda xeyli kökəlir, amma…

“Dallas Maveriks”in basketbolçusu Entoni Devis yeni NBA mövsümü öncəsi çəki artımı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, o, yay aylarında müntəzəm olaraq kökəldiyini, lakin mövsümün əvvəlində pik vəziyyətdə olduğunu vurğulayıb:

“Özümü yaxşı hiss edirəm. Demək olar ki, hər mövsümdə eyni şey olur: yayda çox kökəlirəm və noyabr ayına qədər mən adətən 255-258 funt (təxminən 116 kq) oluram.

Mövsümə heç vaxt optimal formada başlamıram, çünki həmişə arıqlayıram və sonda çox yüngül oluram. Adətən 10-12 funt (təxminən 5 kq) arıqlayıram. Hazırkı məşq prosesi zamanı artıq 5 kilo atmışam.

Ona görə də narahat deyiləm, özümü əla hiss edirəm, hər şey qaydasındadır”.

Aut.az