Rekord qırmaq üçün 37 dəqiqə kifayət etdi – VİDEO
“Filadelfiya 76ers” komandasının lideri Coel Embiid Milli Basketbol Assosiasiyasının (MBA) “San Antonio Spörs” ilə müntəzəm mövsüm matçında (133:123) tarixi nəticəyə imza atıb.
Aut.az xəbər verir ki, Embiid meydanda olduğu 37 dəqiqədə 70 xallıq atış reallaşdırıb. Bununla o, Uilt Çemberlenin NBA matçlarında şəxsi və klubun – 68 xallıq rekordunu yeniləyib.
Bu mövsüm Embiid 32 oyunda iştirak edib. Orta hesabla 36,1 xal, 11,6 ribaund və 5,9 asistlik çıxış edib.
