FİBA müddəti uzatdı: Ruslar qayıtmayacaq
Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya və Belarusun yarışlardan kənarlaşdırılması müddətini uzadıb.
Aut.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
“FIBA Mərkəzi Şurası 2024-cü ilin dekabrında baş tutan son iclasında Rusiya və Belarusun FİBA yarışlarında iştirakı ilə bağlı mövcud status-kvonun uzadılmasını təsdiqləyib”, – departamentdən bildiriblər.
Həmçinin bildirilir ki, FIBA Mərkəzi Şuranın qərarını və basketbolun komanda idman növü kimi unikal cəhətlərini nəzərə alaraq, Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyası (ASOIF) ilə bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirir.
Xatırladaq ki, 2022-ci ilin martında FİBA Rusiyanın Ukraynaya təcavüzü səbəbindən milli komandaları, eləcə də Rusiya və Belarusun bütün kişi və qadın klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb.
Aut.az
