Mbappe het-trik etdi, statistikalar alt-üst oldu
Kilian Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər siyahısında altıncı yerə yüksəlib.
Aut.az xəbər veirr ki, Avropanın ən nüfuzlu turnirinin ikinci turunda “Real” səfərdə “Kayrat”ı 5:0 hesabı ilə məğlub edib. Qonaqların heyətində het-trik müəllifi Kilian Mbappe olub.
Fransalı hücumçu bununla turnirdə qollarının sayını 60-a çatdırıb və Çempionlar Liqasının bombardirləri siyahısında 6-cı pilləyə yüksəlib.
Çempionlar Liqasının ən yaxşı bombardirləri:
140 – Kriştianu Ronaldo (Portuqaliya)
129 – Lionel Messi (Argentina)
105 – Robert Levandovski (Polşa)
90 – Kərim Benzema (Fransa)
71 – Raul Qonzales (İspaniya)
60 – Kilian Mbappe (Fransa)
57 – Tomas Müller (Almaniya)
Oyun zamanı 26 yaş 284 günlük olan Mbappe Çempionlar Liqasının tarixində 60 qol vuran ikinci ən gənc oyunçu olub. O, yalnız Lionel Messidən geri qalıb. Argentinalı ulduz 26 yaş 86 günündə bu göstəriciyə çatıb.
Mbappe həm də “Real” tarixində Çempionlar Liqasının bir mövsümündə komandanın ilk beş qolunun hamısını vuran ilk futbolçu kimi tarixə düşüb.
Avropa Çempionlar Kubokunun və Çempionlar Liqasının het-trik statistikası üzrə Mbappe Karim Benzemanı qabaqlayaraq 4-ə çatıb.
Çempionlar Liqasının ən çox het-trik edən oyunçuları:
8 – Lionel Messi, Kriştianu Ronaldo
6 – Robert Levandovski
4 – Kərim Benzema, Kilian Mbappe
Aut.az
