Şok ittiham: Arteta həmkarının ailəsini təhqir edib?
“Porto”nun baş məşqçisi Serxio Konseysao Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Mikel Artetanın ailə üzvlərini təhqir etdiyini deyib.
Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərinə görə, “topçular”ın baş məşqçisi ehtiyat oyunçular skamyasına yaxınlaşaraq ailəsinin ünvanına ağır sözlər işlədib:
“Mən ona dedim ki, təhqir etdiyi adam artıq həyatda deyil. Qoy o, komandasının qayğısına qalsın. Çünki onlar daha yaxşı oynamaq üçün kifayət qədər keyfiyyətə malikdirlər”.
Arteta və “Arsenal” Serxio Konseysaonun iddiasını təkzib ediblər.
Qeyd edək ki, iki qarşılaşmanın cəmində hesab bərabər olub – 1:1. “Arsenal” “Porto”ya penaltilər seriyasında qalib gəlib – 4:2.
