Çempionlar Liqası

Qadınlar üçün bütün biletlər satıldı

Qadınlar arasında Çempionlar Liqasının final matçının bütün biletləri satılıb.

Aut.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın rəsmi saytı yayıb.

Qadınlar arasında Çempionlar Liqasının finalı iyunun 3-də Eyndhovendə “Barselona” və “Volfsburq” arasında keçiriləcək.

Sonuncu dəfə 2009/10 mövsümündə turnirin finalına bütün biletlər satılıb.

Ümumilikdə 34 100-dən çox bilet satışa çıxarılıb. Oyunun keçiriləcəyi arenada rekord sayda tamaşaçı qeydə alınacaq. Bu arenada ən yüksək azarkeş sayı 2019-cu ildə Niderland-Avstraliya matçında qeydə alınmışdı. Həmin oyunu arenada 30640 nəfər izləmişdi.

Aut.az