Çempionlar Liqası

ÇL-də bu gün: “Qarabağ”ın potensial rəqiblərinin dueli

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

Autaz xəbər verir ki, ilk oyun günündə 10 görüş keçiriləcək.

Turnirdəki yeganə təmsilçimiz “Qarabağ”ın II raunddakı potensial rəqibləri olan Polşa “Rakuv”u və Estoniya “Flora”sı isə Çenstoxovada üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası: I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul

19:00 Urartu (Ermənistan) – Zrinski (Bosniya və Herseqovina)

19:30 Linkoln (Cəbəllütariq) – Qarabağ (Azərbaycan)

20:00 Jalgiris (Litva) – Struqa (Şimali Makedoniya)

22:00 Olimpiya (Sloveniya) – Valmiera (Latviya)

22:00 Rakuv (Polşa) – Flora (Estoniya)

22:00 Hamrun (Malta) – Makkabi (Hayfa, İsrail)

22:45 Ballkani (Kosovo) – Ludoqorets (Bolqarıstan)

22:45 Şemrok Rovers (İrlandiya) – Breydablik (İslandiya)

22:45 Klaksvik (Farer adaları) – Ferentsvaroş (Macarıstan)

22:45 Partizani (Albaniya) – BATE (Belarus)