UEFA İsraili yalnız bu turnirlərdən kənarlaşdıracaq
UEFA tərəfindən qadağan olsa belə, İsrail dünya çempionatının seçmə mərhələsində iştirakını davam etdirəcək.
Daha əvvəl bildirilmişdi ki, UEFA-nın icraiyyə komitəsi üzvlərinin “böyük əksəriyyəti” İsrailin fəaliyyətini dayandırmasını dəstəkləyir. Bu həftə qərar veriləcək.
Aut.az xəbər verir ki, “The Quardian” yazır ki, əgər qadağa olarsa, İsrail komandaları yalnız UEFA-nın idarə etdiyi yarışlardan kənarda qalacaq. Bu o deməkdir ki, İsrailin kişi və qadın milli komandaları bu mövsüm Millətlər Liqasından, “Makkabi Təl-Əviv” isə Avropa Liqasından diskvalifikasiya olunacaq . Bununla belə, Avropa futbolunun rəhbər orqanı İsraili 2026-cı il Dünya Çempionatının seçmə mərhələsindən kənarlaşdırmağa çalışmayacaq, çünki turnir FİFA-nın himayəsi altında keçirilir və birtərəfli dayandırılması “siyasi baxımdan çətin” qərar olardı.
İsrail hazırda DÇ-2026-nın seçmə mərhələsinin I qrupunda 5 oyundan 9 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın qarşıdakı beynəlxalq fasilədə İtaliya və Norveçlə qarşılaşması planlaşdırılır.
Aut.az
