Dünya futbolu

Klopp Parisə gəldi: bu klubu şəxsən təftiş edəcək

Fransanın “FC Paris” klubunun sahibi Antuan Arno Yurgen Kloppun Fransa paytaxtına səfərini şərh edib.

Aut.az xəbər verir ki, onun sözlərinə görə, Klopp klubda şəxsən təftiş aparacaq.

“Onunla telefonla bir neçə dəfə danışdıq. İndi o, şəxsən Parisə gəlib klubun strukturuna baxmaq istədiyini deyir. İş prosesinin necə baş verdiyini görmək istəyir.

Məqsədlər dəyişməyib və “Paris” Liqa 1-də oynamalıdır. Buna görə də biz belə yüksək keyfiyyətli komanda yığırıq”, – deyə Arno bildirib.

Yurgen Klopp yayda İngiltərə “Liverpul”undan ayrılıb və özünü hələ məşqçi kimi görmədiyini deyib. Daha sonra Klop “Red Bull” strukturunda işləməyə başlayıb və burada futbolun inkişafına cavabdeh olacaq.

Aut.az