Ratkliff Amorimin yerinə onu MY-yə gətirmək istəyir
Qaret Sautqeyt portuqaliyalı Ruben Amorim baş məşqçi postundan istefaya göndərildiyi halda “Mançester Yunayted”də onun yerinə mümkün namizədlər siyahısına daxil edilib.
Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 55 yaşlı ingilis mütəxəssislə klubun həmsahibi Cim Ratkliff maraqlanır və son həftələrdə Sautqeytlə birbaşa təmasda olub.
Qeyd olunur ki, “qırmızı şeytanlar” hələlik Amorimi istefaya göndərmək niyyətində deyil. Lakin belə qərar qəbul olunacağı halda, portuqaliyalı mütəxəssisə daha az təzminat ödənilməsi üçün bu addım noyabrın 1-dək atılacaq.
Sautqeyt 2016–2024-cü illərdə İngiltərə yığmasına rəhbərlik edib. Onun rəhbərliyi altında milli Avropa çempionatında iki dəfə gümüş medal qazanıb.
Aut.az
