Dünya futboluİngiltərə

Mourinyo Ferqyusona bu sualı verib: Görün nə cavab alıb

Joze Mourinyo bildirib ki, 10 illər ərzində oyunlar öncəsi duyğuları dəyişməyib.

Sentyabrın 30-da Mourinyonun rəhbərlik etdiyi “Benfika” Çempionlar Liqasının ikinci turunda “Çelsi” ilə qarşılaşacaq.

Aut.az xəbər verir ki, Mourinyonun sözlərini İngiltərə mətbuatı sitat gətirib:

“Əgər bir gün səhər tezdən oyananda qarşıdakı işdən daha az sevinc hiss etsəm, qələbədən və ya məğlubiyyətin acısından daha az həzz almağa başlasam, bu, mənim üçün “dayan” işarəsi olacaq.

Mən “Real Madrid”i , Ser Aleks Ferqyuson isə “Mançester Yunayted”i çalışdırarkən Çempionlar Liqasının matçını xatırlayıram.

Oyundan əvvəl onun ofisində idim və soruşdum: “Ser Aleks, böyük oyundan əvvəl hiss etdiyimiz gərginlik və adrenalin nə vaxtsa dəyişəcəkmi?” Dedi: “Xeyr, heç vaxt. Sona qədər belə qalır”.

O vaxtdan on ildən çox vaxt keçib və hisslərim dəyişməyib”.

Aut.az