Hamı onun bu ötürməsini vəsf edir – FOTO
Lionel Messi və Kilian Mbappe “Anje” ilə qarşılaşmada PSJ-yə qələbə qazandırdı.
Aut.az xəbər verir ki, matçda hesabı 9-cu dəqiqədə Kilian Mbappe açıb. Daha sonra Messinin sehrli ötürməsi sayəsində dubl etdi.
Argentinalı maestro Mbappeni “Anje”nin bütün müdafiə xəttini yaran əla ötürmə ilə tapdı, fransalı hücumçu isə rəqib qapısı qarşısında səhv etmədi.

“Tvitter”də azarkeşlər Messinin bu ötürməsini qiymətləndiriblər:
“Leo Mbappeyə necə ötürmə verdi! O, şübhəsiz ki, bütün zamanların ən yaxşı futbolçusudur”.
“Messinin ötürməsi möhtəşəm idi”.
“Sadəcə Messinin Mbappeyə ötürmə etməzdən əvvəl harada olduğuna baxın. Lionel Messi meydanı əla görür, bu faktdır. O, oyuna hər tərəfdən baxır”.
“Messi və Mbappe əlaqəsi inanılmazdır”.
Liqa 1-in cari mövsümünün 27 matçında Lionel 15 qol vurub və 15 məhsuldar ötürmə verib. O, qol+pas sistemində çempionatın lideridir.
Aut.az
