Əfsanə onun gəlməsini istəmir: Lənətə gəlsin Ançelottini
Dünya futbolunun əfsanəsi, braziliyalı Romario Karlo Ançelottinin Braziliya millisinin növbəti baş məşqçisi olmasına qarşı açıq şəkildə çıxıb.
Ançelotti hazırda “Real”a rəhbərlik edir, lakin onun Madrid klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır və bundan sonra Ançelotti Braziliya millisinə rəhbərlik etməyə razılaşıb. Ançelotti gələnə qədər Braziliyanı müvəqqəti olaraq Fernando Diniz çalışdırır.
“Əslində məsələ belədir: ilk növbədə mən Ednaldonu (Braziliya Futbol Konfederasiyasının prezidenti – red.) təbrik etmək istəyirəm, o, Dinizi yaxşı seçdi. Bu, bizim ən yaxşı məşqçimizdir.
Onun klub səviyyəsində gördüyü iş göz qabağındadır və milli komanda ilə məşğul olmağa vaxtı yoxdur. Klub futbolu onun güclü tərəfidir.
Beləliklə, o, sadəcə oyunçuları bir araya toplayır və məşq keçir, əlindən gələni edir. Son iki matçda heç-heçə və məğlubiyyət qeydə alınıb.
Lakin heç kim həmişə qalib gəlmir. Amma onu deyə bilərəm ki, mənim fikrimcə, Braziliya millisi Dinizlə etibarlı əllərdədir. Lənətə gəlsin Ançelottini! Mən onu – Dinizi dəstəkləyirəm”, – Romarionun sözlərini “O Globo” sitat gətirib.
Aut.az
