Skautlar razı qalıb: MY o məğlubiyyətdən sonra bu futbolçuya marağı artırıb
“Mançester Yunayted”in skautları komandanın Premyer Liqanın 6-cı turunda “Brentford”la oyununa qatılıb və “arılar”ın ukraynalı yarımmüdafiəçisi Yeqor Yarmolyukun oyunundan razı qalıblar.
Aut.az xəbər verir ki, bu barədə “Sport Arena” məlumat yayıb.
İngiltərə mətbuatı daha əvvəl “Mançester Yunayted”in 21 yaşlı ukraynalıya ciddi maraq göstərdiyini, “Brentford”la oyundan sonra ona olan marağın daha da artdığını yazıb.
Xatırladaq ki, Yarmolyuk Premyer Liqanın 6-cı turunda “Mançester Yunayted” üzərində 3:1 hesabı ilə qalib gəldikləri oyunda “arılar”ın bütün oyunçuları arasında ən yaxşı qiymətlərdən birini alıb. Qeyd edək ki, Yeqor klubda ilk assistini də həmin matçda qeyd edib .
“Transfermarkt” yarımmüdafiəçini 15 milyon avro qiymətləndirir. Daha əvvəl Avropa Liqasının qalibi “Tottenhem”in Yarmolyuku transfer etmək fikrində olduğu bildirilirdi.
Aut.az
