Millimiz dördüncü oldu
Azərbaycanda keçirilən III MDB oyunlarının üzgüçülük yarışında növbəti medalçılar bəlli olub.
Aut.az xəbər verir ki, 4×100 metr məsafəyə qarışıq estafet yarışında mükafatçılar müəyyənləşib.
Rusiya yığması birinci, Belarus ikinci, Qazaxıstan üçüncü olub.
Azərbaycan millisi dördüncü yerlə kifayətlənməli olub. “Beş-liy”i Özbəkistan tamamlayıb.
