Digər

Azərbaycanın güllə atıcıları Avropa çempionatında gümüş medal qazanıblar

Azərbaycanın güllə atıcılığı millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıblar.

Aut.az xəbər verir ki, Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında uğurla çıxış edərək, gümüş medalı aktivlərinə yazdırıblar.