100-dən 97-ci: Yalnız bu 3 jurnalist onu birinci yerlə layiq görməyib
Luis Enrike “France Football” tərəfindən 2024/25 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Aut.az xəbər verir ki, “RMC Sport”un məlumatına görə, ispaniyalı mütəxəssis jurnalistlərin səsverməsində 197 xal toplayaraq 100 nəfər arasından 97 birinci yer alıb.
Luis Enrikenin ən yaxın izləyicisi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin 44 xalı var. Sonrakı yerləri Entso Mareska (Çelsi, 27), Arne Slot (Liverpul, 26) və Antonio Konte (Napoli, 6) tutub.
Yalnız üç jurnalist Luis Enrikeni birinci yerə qoymayıb. Nigeriyalı Samm Audu Mareskaya üstünlük verib. Alman Karl-Haynts Vild həmyerlisi Fliki dəstəkləyib. Cənubi Afrikalı Mark Qlison (Reuters) Slotu seçib. Lakin hər üçü Luis Enrikeni ikinci yerə layiq görüb.
Ötən mövsüm PSJ Fransa çempionu olub, Fransa kubokunu qazanıb və ilk dəfə Çempionlar Liqasının qalibi olub.
Aut.az
