Basketbol

“Sabah”ın sonuncu rəqibi məlum oldu

“Sabah” basketbol klubunun FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə sonuncu rəqibi müəyyənləşib.

Aut.az xəbər verir ki, təsnifat mərhələsinin pley-offunda İspaniyanın “Mursiya” klubunu məğlub edən Fransa təmsilçisi “Elan Şalon” komandanın yer aldığı “B” qrupunda mübarizə aparacaq.

“Sabah” BK – “Elan Şalon” oyunları 29 oktyabr və 12 noyabr tarixlərində oynanılacaq.