Basketbol

Keçmiş çempion bu əməlinə görə həbs olundu

Texas polisi keçmiş NBA çempionu Brayan Forbsu həbs edib.

Aut.az xəbər verir ki, basketbolçu fiziki təcavüz etməkdə ittiham olunur. Bu barədə “Associated Press”in məlumat yayıb.

30 yaşlı idmançı rəsmi münasibətdə olmadığı uşaqlarının anasını boğmağa başlayıb. Zərərçəkən qaçaraq polisə xəbər verə bilib. Forbs da hadisə yerindən qaçıb və polis tərəfindən izlənib.

Çərşənbə axşamı polis basketbolçunu taparaq həbs etməyə müvəffəq olub. Onun hərəkəti üçüncü dərəcəli cinayət kimi qiymətləndirilir.

Keçmiş NBA oyunçusu cəmi bir neçə saat həbsdə qalıb. 7500 dollar girov müqavilində azadlığa buraxılıb.

Qeyd edək ki, Brayan Forbs keçmiş NBA çempionudur. O, 2021-ci ildə “Miloki Baks”da çıxış edərkən bu titul qazanıb. O, eyni zamanda “Denver Naggets”, “San Antonio Spörs”, “Minnesota Timbervulves” kimi klublarda da çıxış edib.