Dünya futbolu

Dembeleyə “Qızıl top” verilərkən zalda ağlayan Mustafa kimdir? – FOTO

“Qızıl top”un təqdimat mərasimində Usmane Dembelenin çıxışı zamanı göz yaşlarına boğulan bir oğlan diqqəti cəlb etdi.

Aut.az xəbər verir ki, onun adı Mustafa Diattadır. O, Usmanın uşaqlıq dostudur, gənclikdə PSJ-nin hücumçusu ilə birlikdə oynayıb.

Diatta heç vaxt peşəkar olmadı, lakin o, dünyanın ən yaxşı futbolçusu ilə möhkəm dostluq münasibəti saxladı.

Dembele hətta mükafatı aldıqdan sonra çıxışında dostunu da xatırlayıb:

“Bu qələbəni 4-5 yaşından birlikdə olduğum dostum Mustafaya həsr edirəm. O, hər zaman yanımda olub, mənə dəstək olub. O, mənə həmişə deyirdi ki, bir gün mən dünyanın ən yaxşısı olacam. Və biz həmişə birlikdə olacağıq”.

Aut.az

Dembeleyə “Qızıl top” verilərkən zalda ağlayan Mustafa kimdir? – FOTO
Dembeleyə “Qızıl top” verilərkən zalda ağlayan Mustafa kimdir? – FOTO