Yanan Kreml: Ukraynalı azarkeşlərin bu pankartı rusları dəli edib – FOTO
Stenli Kubokunun üçqat qalibi və ikiqat Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna-İslandiya oyununda (2:0) baş verənləri “çılğınlıq” adlandırıb.
Aut.az xəbər verir ki, Ukrayna yığmasının azarkeşləri yanan Kremlin fonunda ukraynalı əsgərin təsvir olunduğu pankart asıblar.
Fetisov “Sovetski Sport” nəşrinə bildirib:
“Bu, həqiqətən hədsizdir. Düşünürəm ki, UEFA buna görə maddi ittiham irəli sürməlidir. İdmanda ən vacib prinsip müəyyən edilmiş qaydalara riayət etməkdir. Ukrayna üçün heç bir istisna olmamalıdır”.

Aut.az
