Bentaleb infarkt keçirib? – Klubundan üstüörtülü açıqlama
“Lill”in və Əlcəzair yığmasının yarımmüdafiəçisi Nabil Bentaleb infarkt keçirib.
Aut.az xəbər verir ki, bu barədə Əlcəzair mətbuatı məlumat yayıb.
Fransa klubun futbolçunun çərşənbə axşamı, iyunun 18-də xəstələndiyini və xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Bununla belə, Liqa1 təmsilçisi 29 yaşlı yarımmüdafiəçiyə hansı diaqnozun qoyulduğunu bildirməyib və Bentalebin şəxsi həyatın toxunulmazlığı hüququna hörmət etməyə çağırıb.
Lakin Əlcəzair mediası bu çağırışlara məhəl qoymayaraq, milli üzvünün xəstəxanaya yerləşdirilmə səbəbinin infarkt olduğunu yazıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə Bentaleb “Lill”in heyətində bütün yarışlarda 34 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
Aut.az
