İngiltərə

“Arsenal”a bəd xəbər: Yeni transfer sıradan çıxdı

“Arsenal”ın hücumçusu Noni Madueke İngiltərə Premyer Liqasının 5-ci turunda “Mançester Siti” ilə oyunda (1:1) dizindən xəsarət alıb.

Aut.az xəbər veir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Müayinə nəticəsində 23 yaşlı futbolçunun xaçabənzər bağlarında problem aşkarlanmayıb. O, təxminən iki ay meydana çıxa bilməyəcək.

Madueke iyul ayında “Arsenal”a qoşulub. O, 2025/26 mövsümündə Premyer Liqada 5, Çempionlar Liqasında isə 1 oyun keçirib, lakin məhsuldar hərəkətlə yadda qalmayıb.

London təmsilçisi hazırda 10 xalla İngiltərə çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Aut.az