Dünya futbolu

“Qarabağ”ın rəqibi heç-heçə etdi

Niderland Erediviziesində 6-cı turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, “Ayaks” səfərdə PSV-nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

6 turdan sonra 13 xal toplayaan PSV turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 12 xalı olan “Ayaks” isə 3-cü yerdədir.

Qeyd edək ki, “Ayaks” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı oyun deekabrın 10-da Bakıda keçiriləcək.

PSV – “Ayaks” 2:2
Qollar:
 İsmael Saibari, 7,  Yarek Qasiorovski, 81 – Kennet Teylor, 31 (pen), Oskar Qlux, 89