Dünya futbolu

Luis Enrike ən yaxşı baş məşqçi seçildi

PSJ-in baş məşqçisi Luis Enrike “Qızıl top” mərasimində 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.

Aut.az xəbər verir ki, O, ötən mövsümdə komandasını Fransa çempionluğuna, ölkə kuboku və superkubokuna, həmçinin Çempionlar Liqasının qələbəsinə daşıyıb. Bundan başqa, kollektiv klublararası dünya çempionatının finalına qədər irəliləyib.

İlin ən yaxşı qadın məşqçisi adına isə İngiltərə yığmasına rəhbərlik edən Sarina Viman layiq görülüb. O, komandasını Avropa çempionatında qələbəyə aparıb. Finalda ingilislər İspaniya millisini 1:1 (3:1 penaltilərlə) hesabı ilə məğlub ediblər.

Aut.az