Ən yaxşı heyət onlardadır: Karrager hansı komandanı deyir?
Ceymi Karrager “Arsenal”ın Premyer Liqada ən yaxşı heyətə sahib olduğunu iddia edib.
Aut.az xəbər verir ki, “Liverpul”un keçmiş müdafiəçisi bu haqda “Sky Sports”da deyib:
“Arsenal”ın ehtiyat oyunçular skamyasına baxın: orada beş-altı oyunçu var ki, onlar oyuna startda başlaya bilərlər və heç bir fərq hiss olunmaz.
Düşünürəm ki, “Arsenal” ölkədə ən yaxşı heyətə sahibdir, buna inanıram. Həm də unutmayaq ki, Odeqar, Haverts və Xesus yoxdur. Amma ehtiyat oyunçular skamyası da start heyət qədər güclüdür”.
Aut.az
