Fantastik təklif aldı
“Əl-İttihad”ın “Liverpul”un hücumçusu Məhəmməd Salaha təklif etdiyi şəxsi müqavilənin detalları məlum olub.
Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi misirli forvardla müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə bağlamağı və ona hər mövsüm üçün 80 milyon avro maaş ödəməyi planlaşdırır. Bu barədə məlumatı “Twitter” hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
O, “Əl-İttihad”ın “Liverpul”la danışıqları davam etdirdiyini də vurğulayıb.
Qeyd edək ki, 31 yaşlı Salahın İngiltərə nəhəngi ilə mövcud müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
