Sabiq çempion Ağ Evdə döyüşmək üçün qayıda bilər: Amma şərti var
Keçmiş UFC çempionu və keçmiş “Bellator” çempionu (77 kq-a qədər), 36 yaşlı kanadalı Rori Makdonald Ağ Evin ərazisində keçiriləcək turnirdə iştirak etmək üçün karyerasını bərpa edə biləcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, Makdonald bu barədə “JAXXON PODCAST”da deyib:
“Ağ Evdə keçiriləcək tədbir üçün UFC-də döyüşmək ideyası çox maraqlı səslənir. Əgər onlar mənə layiqli rəqib təklif etsələr, bunu ciddi düşünərdim. Əmin deyiləm ki, həqiqətən də mənim qayıdışımı səbirsizliklə gözləyirlər, amma Robbi Loulerə qarşı döyüşmək yaxşı seçim olardı”.
Makdonald 2022-ci ildə təqaüdə çıxıb.
Aut.az
