Alperen Şengün sözünü tutdu: Görün komanda yoldaşına nə hədiyyə etdi – FOTO
Türkiyə millisinin 23 yaşlı lideri və mərkəzi oyunçusu Alperen Şengün komanda yoldaşı Ercan Osmaniyə verdiyi özü tutub.
Aut.az xəbər verir ki, Avro-2025-in yarımfinalında Yunanıstana qarşı 94-68 hesablı qələbədən əvvəl Şengün Ercana bildirmişdi ki, 20-dən çox xal toplasa, ona “Rolex” alacaq.
Osmani 28 xal, 6 ribaund, 2 asist, 2 top çalma və bir blokla matçın ən yaxşı oyunçu olmuşdu. Onun effektivlik reytinqi +31 idi.
Alperən vədini yerinə yetirib və komanda yoldaşına saat alıb. Saatı təqdim edərkən çəkilmiş fotonu da sosial şəbəkədə paylaşıb.
Aut.az

