Basketbol

Kim Çen In Rodmandan əvvəl onu Şimali Koreyaya dəvət edib – Amma…

Milli Basketbol Assosiasiyasının sabiq oyunçusu Dennis Rodman Maykl Cordanın Şimali Koreyayay getmək istəməməsindən danışıb.

Aut.az xəbər verir ki, Rodman Cordana təklif edib ki, ölkə lideri Kim Çen Inla görüşmək üçün Şimali Koreyaya getsin, amma o, bu təklifdən imtina edib.

“Kim basketbolu sevir, demək istəyirəm ki, o, idmanın pərəstişkarıdır. O, əvvəlcə Mayklı ölkəyə getməyə və onunla görüşməyə dəvət etsə də, bundan imtina etdi.

Sonra məni dəvət etdi və “Yaxşı, razıyam” dedim. Amma fakt odur ki, mən siyasət haqqında heç nə bilmirdim, çünki oraya getməyimin məqsəd bu deyildi. Məqsədim basketbolu sevən adi bir oğlanla tanış olmaq idi, bu siyasətlə bağlı deyildi. Fikirləşdiyim kimi tarix yazmaq üçün ora getdim. Tarix, çünki çox adam ora sadəcə onunla danışmaq üçün getmir”, – “Fadeaway World” Rodmanın sözlərindən sitat gətirib.

Mövcud məlumatlara görə, Kim Çen In 1990-cı illərdən altı “Çikaqo Bullz”a azarkeşlik edir.

Aut.az