DÇ-nin qalibini evə ekonom-siniflə yola saldılar: Ölkədə etiraz başladı
Qadınlar arasında marafon üzrə dünya çempionu adını qazanan Peres Cepçipçir evə ekonom-siniflə uçmağa məcbur olub.
Aut.az xəbər verir ki, bu barədə MSN məlumat yayıb.
Sentyabrın 14-də Peres Tokioda keçirilən Dünya Çempionatında marafonda qızıl qazandı. Daha sonra o, uzun müddət evə – Keniyaya ekonom-sinifdə uçmalı olub. Keneiya Atletika Federasiyası yalnız ekonom-sinif üçün büdcə ayırıb.
Bu məlumat Keniyada narazılıq fırtınasına səbəb olub. Keniya Atletika Federasiyası buna cavab olaraq Yaponiyada medal qazanan digər idmançıların evə biznes-sinifdə uçacaqlarına zəmanət verib.
Tokioda medal qazana bilməyən keniyalı idmançıların vətənə necə qayıdacağı barədə məlumat verilməyib.
Xatırladaq ki, Peres həm də marafon üzrə hazırkı Olimpiya çempionudur.
Aut.az
