Dünya futbolu

Yaxşı ki, bu əfsanə ilə rinqi deyil, meydanı bölüşdüm: Ouen kimi deyir? – FOTO

Əfsanəvi ingilis futbolçu Maykl Ouen Ukraynaya dəstək məqsədilə keçirilən xeyriyyə oyunundan sonra paylaşım edib.

Aut.az xəbər verir ki, Ouen “İnstaqram”da ağır çəkidə şəksiz dünya çempionu Aleksandr Usiklə fotosunu yerləşdirib və yumoristik şərh əlavə edib:

“Yaxşı ki, bu əfsanə ilə rinqi deyil, meydanı bölüşdüm!”

Xatırladaq ki, Aleksandr Usik Lissabonda baş tutan “Legends Charity Game” xeyriyyə oyununda iştirak edib.

Yaxşı ki, bu əfsanə ilə rinqi deyil, meydanı bölüşdüm: Ouen kimi deyir? – FOTO

Aut.az