FİFA reytinqi: Azərbaycan millisi yenə gerilədi
Azərbaycan millisi FİFA reytinqində daha iki pillə geriləyib.
Aut.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda 1148,09 xalla 124-cü sırada qərarlaşıb.
Komanda DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzub. Bakıda isə Ukrayna millisi ilə heç-heçə edib – 1:1.
FİFA reytinqinin ilk pilləsində İspaniya (1875,37) yer alıb. Fransa (1879,92) ikinci, Argentina (1870,32) üçüncüdür.
