“Karvan” daha bir futbolçusunu heyətdə saxladı
“Karvan” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Aut.az xəbər verir ki, sözügedən klub Ceyhun Bağırzadə ilə də yeni müqavilə bağlayıb.
Tərəflər 1 illik anlaşıblar.
Bağırzadə ötən mövsüm komandanın heyətində 7 oyuna çıxıb.
