Dünya futboluİtaliya

Dzeko şərtini açıqladı: Bu halda karyerasını bitirəcək

“Fiorentina”nın 39 yaşlı hücumçusu Edin Dzeko hansı halda karyerasını bitirə biləcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport” Dzekonun sözlərindən sitat gətirib.

“Gənc oyunçular məndən iki dəfə çox qol vurmağa başlayanda, karyeramı bitirmək barədə düşünməyə başlayacağam”, – Dzeko bildirib.

Hücumçu ötən mövsüm “Fənərbağça”da çıxış edib. Türkiyə klubunun heyətində forvard 53 oyun keçirib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. Bu yay Dzeko “Fiorentina” ilə müqavilə imzalayıb.

Aut.az