Ronaldonun ayağı açıldı – VİDEO
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Ərəbistan klubunun heyətində rəsmi oyunlarda ilk qolu vurub.
Aut.az xəbər verir ki, hücumçu “Əl-Fat”la matçın 93-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Portuqaliyalı futbolu topu bir, qapıçını digər küncə göndərib.
Ronaldonun qolu komandasına qələbə qazandırmayıb. Görüş heç-heçə yekunlaşıb – 2:2.
Qeyd edək ki, o, “Əl-Nəsr”in heyətində “Əl-İttifaq”la görüşdə (1:0) debüt edib.
د90+3' هدف التعادل لـ النصر عن طريق كريستيانو رونالدو
الفتح 2 × 2 النصر#الفتح_النصر | #CR7 | #SSC pic.twitter.com/5SYppTQXlU
— SSC (@ssc_sports) February 3, 2023
