Dünya futbolu

Onun oyununa heyranam: Enrike gürcü haqda

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının 24 yaşlı gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya haqda danışıb.

Aut.az xəbər verir ki, klubun rəsmi saytı Enrikenin sözlərindən sitat gətirib:

“Kvaratsxeliyanın oyunundan çox razıyam. O, böyük ambisiyaları olan yüksək səviyyəli oyunçudur. Xviçanın ötən mövsüm komandaya qoşulduqdan sonra nümayiş etdirdiyi səviyyəyə heyranam. O, bir çox keyfiyyətlərə malikdir”.

Bu mövsüm futbolçu Fransa Liqa 1-də klubun heyətində 12 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Forvard Çempionlar Liqasında da dörd oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az