Başladı – FOTO
İtaliya çempionu “Milan”ın 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç məşqlərə başlayıb.
Aut.az xəbər verir ki, İbra 8 aydan sonra komandanın ümumi qrupunda məşqləri bərpa edib. “Milan” fevralın 5-də İtaliya çempionatının 21-ci turunda “İnter”lə keçiriləcək oyuna hazırlaşır.

İbrahimoviç 2022-ci il mayın 22-dən bəri oynamır. O, dizindən əməliyyat olunub.
Zlatan ötən mövsüm “Milan”ın heyətində 27 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
