Dünya futbolu

Təyinatdan sonra bəy tərifi: “Benfika”nı hamısından üstün tutdu

Joze Mourinyo baş məşqçi təyin olunduğu “Benfika”nı dünyanın ən böyük klublarından biri adlandırıb.

Aut.az xəbər verir ki, 62 yaşlı mütəxəssis 25 il əvvəl çalışdığı “Benfika”ya qayıdıb.

“Mənim çoxlu duyğularım var, amma təcrübə onları idarə etməyə kömək edir. Etibar etdiyiniz üçün təşəkkür edirik.

Mən portuqaliyalıyam. Burada “Benfika”nın tarixini, mədəniyyətini, miqyasını bilməyən yoxdur. Mən dünyanın ən böyük klublarından birinin məşqçisiyəm. Mən bu missiyaya diqqət yetirmək istəyirəm.

25 il keçib, lakin mən karyeramla öyünmək üçün burada deyiləm. 25 ilimi dünyanın ən böyük klublarında işləmişəm. Demək istəyirəm ki, çalışdırdığım nəhəng klubların heç biri mənə “Benfika”dakı qədər şərəf, məsuliyyət və motivasiya verməyib”.

Aut.az