“Qarabağ” bu qədər pul qazandı
Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda möhtəşəm qələbə qazanan “Qarabağ” böyük bonus əldə edib.
Aut.az xəbər verir ki, səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən Ağdam klubu 3 xaldan savayı 2,1 milyon avro (4,24 milyon manat) qazanıb.
Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçə halında komandalara 700 min avro (1,42 milyon manat) ödənilir.
