Azərbaycan futboluManşet

Elxan Məmmədov kadrları ilə görüşdü: “Səbirli olun, qayıdıram”

Elxan Məmmədovun AFFA prezidenti seçilmək istəyi ilə bağlı məlumat vermişdik. FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru vəzifəsində çalışan funksioner bu barədə planlar qurmağa başlayıb.

Bununla bağlı Bakıya gəlib və bir sıra görüşlər keçirib. Maraqlıdır ki, onlar arasında futbol veteranları və funksionerlər də var. Məmmədov AFFA-dan getdikdən sonra çətin vəziyyətdə qalan kadrlarına səbirli olmağı məsləhət bilib. Mümkün qədər möhkəm olmağı, işsiz qalsalar belə, tələsik addım atmamalarını söyləyib.

AFFA-nın sabiq baş katibi ona qarşı çıxanları da unutmayıb. Xüsusilə onun gedişindən sonra başqa istiqamətə üz tutanlara, mətbuatda və sosial şəbəkələrdə tənqid edənlərə qulaqburması verməklə yanaşı, sərt xəbərdarlıq da edib. Bildirib ki, mənim gedişim hələ hər şeyin sonu demək deyil.

Məmmədovun xəbərdarlığı artıq öz bəhrəsini verib. Həmin şəxslər susmağa başlayıblar.

Aut.az