Azərbaycan futbolu

“Zirə” Türkiyədəki ilk sınağında heç-heçə etdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.

Aut.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu ölkənin “Fatih Karagümrük” komandası ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.

“Zirə” buna qədər Bakıda bir yoldaşlıq matçı keçirib. “Qartallar” “Kəpəz”i məğlub edib – 2:1.

“Zirə” – “Fatih Karagümrük” 0:0