Yamal açıqladı: “Barselona”nın ÇL-dəki rəqibləri hansılardır?
“Barselona”nın hücumçusu Lamin Yamal açıqlama verib.
Aut.az xəbər verir ki, o, Çempionlar Liqasındakı əsas rəqiblərinin adlarını açıqlayıb:
“Mançester Siti” və ya “Liverpul”, “Bavariya”, “Real”, PSJ… Onlar həmişə əsas iddialılar sırasındadırlar”, – deyə Yamal Mundo Deportivo-ya bildirib.
Keçən mövsüm “Barselona” Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər irəliləmişdi. Turnirin hazırkı qalibi isə Fransanın PSJ klubudur.
Aut.az
