İngiltərə

Onun qolu ayın ən yaxşısı seçildi – VİDEO

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslay İngiltərə Premyer Liqasının ayın ən yaxşı qolunun müəllifi seçilib.

Aut.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı macar futbolçu 3-cü turda “Arsenal”a qarşı keçirilən matçda (1:0) qələbə qolunu vurub. O, David Rayanın qapısına birbaşa cərimə zərbəsi ilə dəqiq zərbə endirib.

Qeyd edək ki, Premyer Liqada avqust ayının ən yaxşı məşqçisi mükafatını “Liverpul”u çalışdıran Arne Slot qazanıb.